Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

QƏDƏR MÖVZUSU İLƏ ƏLAQƏLİ QURAN AYƏLƏRİ>>
QƏDƏRƏ TƏSLİMİYYƏTİN ÖNƏMİ>>

MƏQALƏLƏR:
-Olub Bitənləri Gələcəkdən İzləmək
-Qədəri Bilmək Möminlər Üçün Bir Rahatliq Və Hüzur Vəsiləsidir
-Qədərə Təslimiyyət
 

QURANDA TALE AYƏLƏRİ


Şübhəsiz ki, Biz hərşeyi tale ilə yaratdıq.

(Qəmər surəsi / 49)



Onların etdikləri hərşey kitablarda (yazılmış)dır.

(Qəmər Surəsi / 52)



Balaca böyük hərşey sətir-sətir (yazılmış)dır.

(Qəmər Surəsi / 53)



De: `ALLAH istəməsə, mən özüm üçün yarardan və ya zərərdən (heç bir şeyə) malik deyiləm. Hər ümmətin bir əcəli vardır. Onların əcəlləri gələndə, nə bir saat təxirə salına bilər, nə də əvvələ çəkilə bilər.

(Yunus Surəsi / 49)



Sənin içində olduğun elə bir vəziyyət, onun haqqında Qurandan oxuduğun elə bir şey və sizing etdiyiniz elə bir iş yoxdur ki, siz onla məşğul ikən biz sizing üzərinizdə şahidlər durmayaq. Yerdə və göydə zərrə ağırlığında heç bir şey Rəbbindən uzaqda (gizli) qalmaz. Bunun daha balacası da, böyüyü də yoxdur ki, açıq-aydın bir kitapda (qeyd olunmuş) olmasın.

(Yunus Surəsi / 61)



O zaman ki bacın dolaşaraq `Ona baxacaq birini sizə deyim mi?` deyirdi. Beləcə səni anana geri vermiş olduq ki gözü aydın olsun kədərə qapılmasın. Sən bir insan öldürmüş, biz səni dərddən xilas etmiş və səni əsaslı bir imtahandan keçirib sınamışdıq. Mədyən xalqı arasında illərlə qalmışdın, sonra bir tale ilə (buraya) gətirildin, ey Musa

(Taha Surəsi / 40)



Allah`ın izni olmadan heç bir nəfs üçün ölmək yoxdur. O, müddəti müəyyənləşmiş bir yazıdır. Kim dünyanın faydasını (savabını) istəsə ona ondan verərik, kim axirət savabını istəsə ona da ondan verərik. Biz şükredənləri çox yaxında mükafatlandıracağıq.

(Ali İmran Surəsi / 145)



Sonra kədərin ardınca üzərinizə bir rahatlıq (duyğusu) endirildi, bir mürgüləmə ki içinizdən bir qrupu bürüyürdü. Bur qrup da canlarının dərdinə düşmüşdü; ALLAHa qarşı haqsız yerə cahiliyyə zənniylə zənlərə qapılaraq: `Bu işdən bizə nə var ki?` deyirlərdi. De ki: `Şübhəsiz işin hamısı ALLAHındır.` Onlar sənə açıqlamadıqları şeyi içlərində gizli tutrlar, `Bu işdən bizə bir şey olsaydı biz burada öldürülməzdik` deyirlər. De ki: `Evlərinizdə də olsaydınız üzərlərinə öldürülmələri yazılmış olanlar, yenə gedəcəkləri yerlərə gedəcəkdi. (Bunu) ALLAH sinələrinizdəkini sınamaq və qəlblərinizi təmizləmək üçün (etdi). ALLAH, sinələrinizdə gizli olanı biləndir.

(Ali İmran Surəsi / 154)



Sizi palçıqdan yaradan, sonra bir əcəl müəyyən edən O`dur. Adı qoyulmuş əcəl, O`nun qatındadır. Sonra siz (yenə) şübhəyə qapılırsınız.

(Ənam Surəsi / 2)



Hər ümmət üçün bir əcəl vardır. Onların əcəlləri gəlib çatanda, nə bir saat təxirə salına bilər, nə də bir saat qabağa çəkilə (tam zamanında çökərlər.)

(A'raf Surəsi / 34)



Biz özü üçün bilinən (təqdir edilmiş) bir kitab olmadan heç bir ölkəni fəlakətə düçar etmədik.

(Hicr Surəsi / 4)

Heç bir ümmət əcəlini nə qabağa çəkə bilər, nə də təxirə sala bilər.

(Hicr Surəsi / 5)



Göydə və yerdə gizli olan heç bir şey yoxdur ki, açıq-aydın bir kitabda (Lövh-I Məhfuz`da) olmasın.

(Nəml Surəsi / 75)



Yerüzündə olan və sizing nəfslərinizdə meydana gələn hərhansı bir müsibət yoxdur ki, Biz onu yaratmazdan əvvəl bir kitabda (yazılmış) olmasın. Şübhəsiz bu, ALLAH üçün çox asandır.

(Hadid Surəsi / 22)



Əgər Rəbbindən keçmiş bir söz və adı qoyulmuş (müəyyənləşdirilmiş) bir müddət (əcəl) olmasaydı mütləq (dağıtma cəzası) qaçınılmaz olardı.

(Taha Surəsi / 129)



İnsanlar tək bir ümmətdən başqa deyildi, sonra anlaşmazlığa düşdülər. Əgər Rəbbindən keçmiş (verilmiş) bir söz olmasaydı, anlaşmazlığa düşdükləri şey haqqında mütləq aralarında hökm verilmiş olardı.

(Yunus Surəsi / 19)



De: `ALLAHın bizim üçün yazdıqları xaric bizə qətiyyən heç bir şey təsir etməz. Və möminlər yalnızca ALLAHa təvəkkül etməlidirlər.

(Tövbə Surəsi / 51)



ALLAH sənə bir zərər toxunduracaq olsa, Ondan başqa bunu səndən qaldıracaq olan yoxdur. Və əgər sənin üçün bir xeyir istəsə, Onun bol fəzlini geri çevirəcək olan da yoxdur. Qullarından istədiyinə bundan verər. O, bağışlayandır, əsirgəyəndir.

(Yunus Surəsi / 107)


Müəllif Haqqında - Digər Saytlar- English

Bu saytda yayınlanan bütün məlumatı, saytı referans göstərmək şərtiylə müəllif haqqı ödəmədən kopyalaya bilər və çoxalda bilərsiniz.
www.adnanoktar.az

Quran.az