Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

QƏDƏR MÖVZUSU İLƏ ƏLAQƏLİ QURAN AYƏLƏRİ>>
QƏDƏRƏ TƏSLİMİYYƏTİN ÖNƏMİ>>

MƏQALƏLƏR:
-Olub bitənləri gələcəkdən seyr etmək
-Qədəri bildiklərinə görə möminlər rahat və hüzurludur
-Qədərə Təslimiyyət
 

Qədəri bildiklərinə görə möminlər rahat və hüzurludur

Müsəlmanın gündəlik həyatında müxtəlif çətinliklər və sıxıntılarla qarşılaşması həm imtahanıdır, həm də axirətdə ümid etdiyi cənnət yurdu ilə müqayisə edə biləcəyi xoşbəxtlik səbəbidir. Bununla yanaşı, bu, çətinliklərlə asanlıqların, rahatlığın müqayisəsindən yaranan üstün zövq qaynağıdır. Çünki dünyada möminlərin o insana qarşı hörmət və sevgilərini artıran, özlərinə nümunə götürmələrinə səbəb olan, Allah`ın izni ilə yaxınlarına müsbət təsir edən, qısası, xeyir və gözəlliklərlə dolu Rəhmani bir nemətdir.

Şeytanın vəsvəsəsi ilə bəzən kiçik kimi görünən bir mövzunu insanın qədər xaricində - Allah`ın rəhməti, bilgisindən kənarda baş verməsini zənn etməsi və ya unutması böyük qəflətdir. Möminin bu qətləti var gücü ilə özündən uzaqlaşdırması lazımdır.

Məsələn, çox izləmək istədiyi televiziya proqramına baxa bilməməsi və ya yeyəcəyi şeyi sifariş verməyi unutması kimi hadisələrin hamısında xeyir, hikmət vardır. Bəzən insan bunu ətraflı şəkildə görər, bəzən də görə bilməz və ya çox azını görər. Məsələn, bir televiziya proqramını izləyə bilməyən, lakin bu müddətdə xeyirli xidmət və təfəkkür üçün vaxt qazana bilər. O təfəkkürlə, bəlkə də, ömür boyu gözəl xidmət etmək üçün dərin iman əldə edər. Yaxud da, bu müddət ərzində Allah`ı zikr edə və televiziyadan alacağı savabdan daha çox savab qazanar. Yemək sifariş etdiyini unutması isə bu onun bir xəstəliyinin keçməsi üçün pəhriz ola bilər. Təzyiqi yüksək bir insan pendir almağı unudub, o gün pendir yeməsə təzyiqi normal ola bilər. Bu nümunələrdə gəlinən nəticə budur ki, bir insan təvəkkül etdiyi üçün savab qazanar, xeyirə yozduğu üçün Allah`ın razılığını qazanar. Üstəlik, gözəl xasiyyətli və təvəkküllü davranışı möminlərin sevincini, sevgisini daha çox artırır. Bəlkə də, o pendiri yemək xəstəliyinə səbəb olacaqsa, ondan xilas olar.

İnsanın gündəlik həyatında qarşılaşdığı bu cür nümunələrin sayı həddindən artıq çoxdur. Buna görə də, bu mövzunun çox yaxşı başa düşülməsi və unudulmaması lazımdır. İnsanın qarşılaşdığı kiçik və ya böyük hər hadisə onun qədərindədir. Şeytanın "bunlar qədərlə əlaqəli deyil" kimi pıçıltısına qarşı möminlər daim oyanıq və diqqətli olmalıdır. Bu mövzunu tam anlayıb heç unutmadan ağlında tutmaq, hər hadisəyə, hər şeyə xeyir və hikmətlə baxıb Allah`ın gözəl planı daxilində baş verən bütün hadisələri belə qiymətləndirmək axirət və dünya üçün faydalıdır. Bu, mömin üçün ağıl, iradə, rahatlıq və hüzura səbəb olan bir həqiqətdir.


Müəllif Haqqında - Digər Saytlar- English

Bu saytda yayınlanan bütün məlumatı, saytı referans göstərmək şərtiylə müəllif haqqı ödəmədən kopyalaya bilər və çoxalda bilərsiniz.
www.adnanoktar.az

Quran.az